Simonyan Bakıya getməyə hazır olduğunu deyib, Sahibə Qafarovanı isə Ermənistana dəvət edib

Tarix: 06 May 2026 13:20

Uyğun səbəb və rəsmi dəvət olacağı təqdirdə, Azərbaycana səfər etməyə hazıram.

Ermənistan mediası xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, belə bir dəvət olarsa, Bakıya getməkdən çəkinməyəcək.

Simonyan, eyni zamanda, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Ermənistana səfərə dəvət edib.

İlqar Xudiyev Alen Simonyan Milli Məclisin sədri Sahibə Qafarova

Xəbər Lenti