Çərşənbə, 6 May, 2026
Tarix: 06 May 2026 12:52
Mayın 6-da Rusiya ordusu Ukraynanın Sumı şəhərinin mərkəzində yerləşən uşaq bağçasına pilotsuz uçuş aparatları ilə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Eyni zamanda, şəhərə zərbələrin davam etdiyi və sakinlərin təhlükəsiz yerlərdə qalmasının vacib olduğu bildirilib.
Sumı şəhərinin meri vəzifəsini icra edən Artem Kobzar isə qeyd edib ki, iki pilotsuz aparatı birbaşa uşaq bağçasının binasına düşüb və dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.
Qeyd edək ki, səhər saatlarında Sumı vilayətində dron hücumu nəticəsində bir qadın ölüb.
İlqar Xudiyev Sumı şəhəri uşaq bağçası dron PUA