Çərşənbə, 6 May, 2026
Tarix: 06 May 2026 18:31
Macarıstan mart ayında ələ keçirilmiş “Oşadbank”a məxsus vəsaiti və qızıl külçələri Ukraynaya geri qaytarıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
O qeyd edib ki, bu addım iki ölkə arasındakı münasibətlərdə mühüm əhəmiyyət daşıyır: “Onlar bu ilin martında Macarıstan xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmişdi. Həmin vaxt Macarıstan tərəfi ukraynalı inkassatorları qanunsuz saxlamışdı. İnsanları daha tez geri qaytarmışdıq, indi isə vəsait və qızıl külçələr tam şəkildə Ukrayna ərazisinə çatdırılıb”.
Zelenski həmçinin Macarıstana təşəkkür edib: “Bu konstruktiv və sivil addıma görə Macarıstana təşəkkür edirəm”.
İlqar Xudiyev Zelenski qızıl külçə