Cümə axşamı, 7 May, 2026
Tarix: 06 May 2026 22:35
Rusiya Xarici İşlər Nazirliyi xarici ölkələri Kiyevdəki diplomatik və digər nümayəndəliklərdən əməkdaşların təxliyəsini təmin etməyə çağırıb.
APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Onun sözlərinə görə, 9 may paradı zamanı Ukrayna tərəfindən mümkün hücum olacağı təqdirdə Rusiya Silahlı Qüvvələrinin cavab zərbələrinin qaçılmaz olacağı nəzərə alınaraq, Kiyevdə fəaliyyət göstərən diplomatik və digər nümayəndəliklərin əməkdaşlarının təcili şəkildə təxliyəsi tövsiyə olunur.
Zaxarova bildirib ki, Rusiyanın xaricdəki diplomatik nümayəndəlikləri bu barədə yerləşdikləri ölkələrin hökumətlərini və beynəlxalq təşkilatları məlumatlandırıblar.
Rusiya XİN sözçüsü əlavə edib ki, Moskva Müdafiə Nazirliyinin Kiyevin təhdidləri və Rusiyanın mümkün cavab addımları ilə bağlı açıqlamalarına çox ciddi yanaşılmalıdır.
Fərid Əkbərov Rusiya Ukrayna Zaxarova Kiyev