Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb

Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb

Tarix: 08 May 2026 10:32

Ukrayna ordusu “Cənubi Rusiya Aeronaviqasiyası” filialının inzibati binasına dron zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb.

“Həştərxan, Vladikavkaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista aeroportlarının fəaliyyəti müvəqqəti dayandırılıb”, - məlumatda deyilir.

Bildirilib ki, hazırda mütəxəssislər avadanlıqların işlək vəziyyətini qiymətləndirir və uçuş cədvəllərində düzəlişlər aparırlar.

İlqar Xudiyev Rusiya hava limanları dron zərbəsi Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti