Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib - VİDEO

Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib - VİDEO

Tarix: 08 May 2026 10:48

Ukrayna ordusu Rusiyanın Qroznı şəhərində hərbi hissələrə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

APA xəbər verir ki, Ukraynanın “Exilenova+” “Telegram” kanalı hücum anının əks olunduğu iddia edilən videogörüntülər yayıb.

Məlumata görə, ilk pilotsuz uçuş aparatı şəhərdəki 42-ci qvardiya motoatıcı diviziyasının ərazisinə düşüb.

Digər PUA-nın isə Federal Təhlükəsizlik Xidmətinin Çeçenistan Respublikası üzrə idarəsinin yaxınlığına düşdüyü, lakin hədəfə çatmadığı bildirilir.

https://t.me/apa_az/119048

İlqar Xudiyev Qroznı dron hücumu hərbi hissə

Mənbə: apa.az

Xəbər Lenti