Bazar ertəsi, 25 May, 2026
Tarix: 08 May 2026 13:56
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar İstanbulda Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, ziyarətdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Sarıyer Bələdiyyəsinin sədri Mustafa Oktay Aksu, Sarıyer bələdiyyəsinin, konsulluğun və Azərbaycanın dövlət qurumlarının Türkiyədəki təmsilçiliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.
Dəryanur Cəfərova Ümummilli Lider Heydər Əliyev Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva Atatürk



Mənbə: apa.az