Şənbə, 9 May, 2026
Tarix: 08 May 2026 22:51
Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə atəşkəsin 11 maya qədər uzadılması təşəbbüsünü dəstəkləməyə razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Kremlin rəsmisi Rusiyanın Trampın Kiyevlə 11 maya qədər "min nəfərə min" əsir mübadiləsi aparmaq təşəbbüsünü dəstəklədiyini də söyləyib. Uşakov vurğulayıb ki, atəşkəsin uzadılması və əsirlərin mübadiləsi barədə razılaşmalar ABŞ prezident administrasiyası ilə telefon danışıqları zamanı əldə edilib.
Fərid Əkbərov uşakov tramp rusiya ukrayna