Səfir: Azərbaycan-Türkiyə münasibətləri mükəmməl səviyyəyə çatıb

Tarix: 10 May 2026 12:37

Azərbaycan-Türkiyə münasibətləri mükəmməl səviyyəyə çatıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyəni Azərbaycandakı səfiri Birol Akgün deyib.

“Bu gün Ulu Öndər Heydər Əliyevin doğumun 103 illiyi münasibətilə Türkiyə səfirliyi olaraq bütün heyətimizlə onun məzarını ziyarət etdik. Azərbaycan milli dövlətinin yaradılması və 1990-cı illər çətin vaxtlarda bu millətin müstəqilliyini, torpaqlarını müdafiə etmək yönündə fəaliyyətini hər zaman böyük ehtiramla yad edirik. Ulu Öndərin "Bir millət, iki dövlət" şüarı bugünkü mükəmməl səviyyəyə çatan Azərbaycan və Türkiyə münasibətləri baxımından hələ də istifadə etdiyimiz şüardır”, - deyəsəfir qeyd edib.

İlkin Naib Birol Akgün Türkiyəni Azərbaycandakı səfiri Heydər Əliyev

Xəbər Lenti