“Türk Hava Yolları”nın təyyarəsi Nepalda eniş edərkən yanıb

“Türk Hava Yolları”nın təyyarəsi Nepalda eniş edərkən yanıb

Tarix: 11 May 2026 10:56

İstanbuldan uçan “Türk Hava Yolları”nın Airbus A330 təyyarəsi bu səhər Katmandudakı Tribhuvan beynəlxalq hava limanına enərkən alovlanıb.

Türkiyə mediasının xəbərinə görə, sərnişinlər və ekipaj təxliyə edilib, hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Təyyarədə 273 sərnişin və 11 ekipaj üzvü olub.

İlkin versiyaya görə, hidravlik mayenin təyyarənin əyləc sisteminə sızması yanğına səbəb olub.

Yanğın bir neçə dəqiqə ərzində lokallaşdırılıb.

Türk Hava Yolları Nepal təyyarə yanğın

Mənbə: apa.az

Xəbər Lenti