Çərşənbə axşamı, 12 May, 2026
Tarix: 12 May 2026 07:15
ABŞ prezidenti Donald Tramp getdikcə İrana qarşı tammiqyaslı hərbi əməliyyatı yenidən başlatmağı düşünür.
Bu iddia ilə CNN telekanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp Hörmüz boğazının bağlı qalmasının davam etməsi, eləcə də İranın Vaşinqtona əhəmiyyətli güzəştlər etməkdən imtina etməsi ilə bağlı getdikcə səbrini itirir.
ABŞ administrasiyasının rəhbəri bunu İran hakimiyyəti daxilində iddia edilən fikir ayrılıqları ilə əlaqələndirir.
Tramp ABŞ iran Hörmüz