İslamabad İran hərbi təyyarələrinin Pakistanda saxlanılması iddialarını təkzib edib

Tarix: 12 May 2026 10:49

Pakistan İran hərbi təyyarələrinin ölkədəki aviabazalarda saxlanılması iddialarını təkzib edib.

APA xəbər verir ki, bununla bağlı Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu cür spekulyativ iddialar regional sülh və stabillik üçün göstərilən səylərə ziyan verir”, - bəyanatda bildirilib.

Qeyd edək ki, CBS News-un iddiasına görə, Prezident Donald Tramp aprelin əvvəlində İranla atəşkəs elan etdikdən bir neçə gün sonra Tehran Pakistan Hərbi Hava Qüvvələrinin Ravalpindi yaxınlığındakı Nur Xan aviabazasına bir neçə təyyarə göndərib. Məlumata görə, təyyarələrdən biri İran Hərbi Hava Qüvvələrinə məxsus RC-130 kəşfiyyat təyyarəsi olub.

Toğrul Quluzadə Pakistan aviabaza İran hərbi təyyarələri

Xəbər Lenti