Çərşənbə axşamı, 12 May, 2026
Tarix: 12 May 2026 14:08
İran xarici işlər naziri Abbas Əraqçinin BRICS xarici işlər nazirlərinin iclasında iştirakı planlaşdırılır.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Hindistan mediasına müsahibəsində deyib.
O bildirib ki, İranla Hindistan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür və bu iki təşkilat çərçivəsində əməkdaşlıq və koordinasiya səviyyəsi yüksəkdir.
Bəqai əlavə edib ki, bu iclas Tehran üçün önəmlidir.
Haşim Rahimi İran xarici işlər naziri Abbas Əraqçi İsmayıl Bəqai