Çərşənbə axşamı, 12 May, 2026
Tarix: 12 May 2026 16:23
Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Kılıç bu barədə “X” hesabında bildirib.
Görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, Türkiyə-Ermənistan normallaşma prosesi, Cənubi Qafqazda həyata keçiriləcək layihələr, regional sabitlik və təhlükəsizlik məsələləri, həmçinin Avropa İttifaqının regiona yanaşması müzakirə olunub.
Eyni zamanda, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin əhəmiyyəti vurğulanıb.
Dəryanur Cəfərova Türkiyə Prezidentinin baş müşaviri Azərbaycan-Ermənistan sülh prosesi Maqdalena Qrono Akif Çağatay Kılıç