Çərşənbə, 13 May, 2026
Tarix: 12 May 2026 22:45
ABŞ Prezidenti Donald Tramp Ukrayna ətrafındakı münaqişənin yaxın zamanda nizamlanacağına inandığını bildirib.
APA xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı, Çinə yola düşməzdən əvvəl danışıb.
“Düşünürəm ki, Ukraynadakı münaqişənin başa çatması artıq çox yaxındır”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti həmçinin bildirib ki, Ukraynada nizamlanmaya yardım etmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır.
ABŞ DonaldTramp Ukrayna münaqişə