Çərşənbə, 13 May, 2026
Tarix: 12 May 2026 22:33
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla yalnız ABŞ üçün sərfəli hesab edilən sülh sazişini imzalayacağını deyib.
APA xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı bildirib. “Biz yalnız yaxşı razılaşma bağlayacağıq”, – deyə Tramp vurğulayıb. ABŞ Prezidenti Çin sədri Si Cinpinlə görüş zamanı İran ətrafındakı vəziyyəti geniş şəkildə müzakirə etməyi planlaşdırdığını da açıqlayıb.
“Düşünürəm ki, bu barədə uzun söhbətimiz olacaq”, – deyə Tramp qeyd edib.
ABŞ İran DonaldTramp saziş