Kallas: Ukraynaya ayrılan ilk kredit tranşı PUA-lara yönəldiləcək

Tarix: 12 May 2026 22:15

Ukraynaya ayrılacaq yeni kreditin ilk tranşı pilotsuz uçuş aparatlarının alınmasına sərf olunacaq. APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, Ukrayna iyun ayında 90 milyardlıq kredit proqramı çərçivəsində ilk vəsaiti əldə edəcək.

“Bu vəsait birbaşa dronların alınmasına yönəldiləcək”, – deyə Kallas bildirib.

Ukrayna Kaya Kallas PUA Avropa İttifaqı

Xəbər Lenti