Çərşənbə, 13 May, 2026
Tarix: 13 May 2026 01:48
Moskvanın şərqində yerləşən İzmaylovskiy Kremlində yanğın baş verib. APA-nın Rusiya bürosu xəbər verir ki, İzmaylovskiy Kremlinin ərazisindəki inzibati binanın dam örtüyü yanıb.
Üçüncü dərəcəli yanğın siqnalı verilib.
1000 kvadrat ərazinin yandığı və ərazidə n bütün insanların təxliyyə olunduğu bildirilib. Qeyd edək ki, İzmailovski Kremli, 1998-2007-ci illər arasında İzmailovo tarixi çar malikanəsinin yaxınlığında tikilmiş mədəni və əyləncə kompleksidir. O, 16-cı və 17-ci əsrlərin rus memarlığı (neohistorizm) kimi stilizə edilmiş taxta konstruksiyalardan ibarətdir.
Moskva İzmaylovskiy bazarı

