Azərbaycan və İsveç XİN başçıları Skopyedə görüşüb

Tarix: 30 Nov 2023 16:12

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçin XİN rəhbəri Tobias Billström ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı “X” platformasında paylaşım edib.

“Biz Azərbaycan-İsveç ikitərəfli əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Mən son regional vəziyyət və Azərbaycanın sülh və sabitliyə baxışı barədə həmkarımı məlumatlandırdım”, - nazir deyib.

Qeyd edək ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası çərçivəsində baş tutub.

Xəbər Lenti