Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 15:18
Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə görə məsuliyyət müəyyənləşəcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlara görə şəxsən məsuliyyət müəyyənləşdiriləcək.
Firuzə Vahid məsuliyyət cəmiyyət hörmətsizlik