- Bazar ertəsi, 6 Yanvar, 2025
Tarix: 30.03.2024 14:46
2023-cü il ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 3 milyard 117.4 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 964,8 milyon ABŞ dolları artıb. Belə ki, 2022-ci il ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 1 milyard 152.6 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycandan ən çox birbaşa investisiya Türkiyə iqtisadiyyatına yatırılıb. Hesabat dövründə Azərbaycandan Türkiyəyə 1 milyard 815.1 milyon ABŞ dolları investisiya yatırılıb ki, bu da illik müqayisədə 7.4 dəfə çoxdur.