"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır

"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır

Tarix: 30 Oct 2026 16:07

Beynəlxalq reytinq agentliyi "Moody’s Ratings" geosiyasi hadisələrin Azərbaycan üçün neft gəlirlərinin artması və beynəlxalq ticarət marşrutlarının inkişafı baxımından yeni imkanlar yaratdığını bildirib.

"APA-Economics" bu barədə reytinq agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, regionda geosiyasi dəyişikliklərin əsas hərəkətverici amili Rusiya-Ukrayna müharibəsidir. Yaxın Şərqdəki hadisələrin isə regiona ümumi təsiri əsasən neytral qiymətləndirilir.

"Moody’s"in qiymətləndirməsinə əsasən, Azərbaycan və Qazaxıstan üçün neft gəlirlərinin artması geosiyasi vəziyyətin yaratdığı əsas iqtisadi imkanlardan biridir.

Bununla yanaşı, Rusiya ərazisindən yan keçən ticarət və kapital axınları, Çin və Yaxın Şərq ölkələri ilə tərəfdaşlığın şaxələndirilməsi, eləcə də beynəlxalq yükdaşımaların Orta Dəhlizə yönəlməsi region üçün əlavə iqtisadi imkanlar hesab olunur.

Agentlik Körfəz ölkələri ilə ticarət və idxal əlaqələrinin məhdud olmasını da region üçün üstünlük kimi qiymətləndirib.

Rahim Tarıverdiyev Moody's Ratings geosiyasi dəyişikliklər

Mənbə: apa.az

Xəbər Lenti