Reuters: Tramp Pekinə Maskla birlikdə yollanıb

Reuters: Tramp Pekinə Maskla birlikdə yollanıb

Tarix: 13 May 2026 07:32

ABŞ Prezidenti Donald Tramp Çinə “SpaceX” şirkətinin qurucusu İlon Mask və “Nvidia”nın Çin üzrə baş direktoru Censen Huanqla birlikdə yollanıb.

Bu barədə “Reuters” agentliyi Ağ Ev nümayəndəsinə və şahidlərə istinadən məlumat yayıb.

Məlumata görə, sahibkarlar Alyaskada Pekinə istiqamətlənən prezident təyyarəsi “Air Force One”a miniblər.

Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü ərəfəsində baş tutan səfərdə əsas müzakirə mövzularının ticarət münasibətləri, texnologiya, Tayvan və İran məsələləri olacağı gözlənilir.

Abş çin tramp mask

Mənbə: apa.az

Xəbər Lenti