Lavrov: ABŞ Rusiyadan Ukrayna vasitəsilə Aİ-yə qaz tranzitini nəzarətə götürmək istəyir

Tarix: 13 May 2026 10:17

ABŞ Rusiyadan Ukrayna vasitəsilə Avropa İttifaqına qaz tranzitini nəzarətə götürmək istəyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, amerikalılar həmçinin "Şimal Axını" boru kəmərinin Avropa şirkətlərinə məxsus hissəsini kiçik bir məbləğə almağı və zədələnmiş boru kəmərlərini bərpa etməyi planlaşdırırlar.

"Dünyanın digər hissələrinə baxsanız, Rosneft Qrupunun əməkdaşlıq etdiyi Venesuelanı qeyd edərdim. İndi amerikalılar bu əməkdaşlığı ələ keçirmək istəyirlər. Buna artıq bərabərhüquqlu tərəfdaşlıq olmayacaq", - Rusiya XİN başçısı RT India-ya müsahibəsində deyib.

Fərid Əkbərov ABŞ Rusiya Ukrayna Avropa İttifaqına qaz tranziti

Xəbər Lenti