Livan atəşkəs rejiminin pozulması səbəbilə İsraillə danışıqları təxirə sala bilər

Tarix: 13 May 2026 23:58

Livan nümayəndə heyəti ölkə ərazisindəki bütün hərbi əməliyyatlar dayandırılmadığı təqdirdə 14-15 may tarixlərində Vaşinqtonda İsraillə danışıqları təxirə salmağı düşünür.

Bu barədə "Asharq al-Awsat" qəzeti mənbələrə istinadən məlumat verib.

Məlumata görə, danışıqlar heyətinin rəhbəri Simon Kərəm ABŞ vasitəçilərini bu barədə xəbərdar edib.

"Livan digər məsələləri müzakirə etməkdənsə, atəşkəsin gücləndirilməsinə və atəşkəs razılaşmasına riayət etməyə üstünlük verir", - Kərəm deyib.

Livan İsrail danışıqlar ABŞ

Xəbər Lenti