ABŞ Konqresi Ukraynaya hərbi yardımı nəzərdə tutan qanun layihəsini nəzərdən keçirə bilər

Tarix: 14 May 2026 01:52

ABŞ Nümayəndələr Palatası iyun ayında Demokrat Partiyası tərəfindən təqdim edilən və Ukraynaya hərbi dəstək üçün 1,3 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini nəzərdən keçirə bilər.

Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Məlumatına görə, təxminən il bundan əvvəl Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvü olan Qreqori Miks tərəfindən təklif edilən qanun layihəsi çərşənbə günü Nümayəndələr Palatasının 218 üzvünün dəstəyini qazanıb.

Bu isə hazırda ABŞ Konqresində müxalifətdə olan Demokrat Partiyasının üzvlərinə iyun ayında baş tuta biləcək qanun layihəsi ilə bağlı səsvermə keçirməyə imkan verəcək.

Qanun layihəsi Ukraynaya dəstək üçün 1,3 milyard dollar ayırmaqla yanaşı, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutur.

ABŞ Konqres Ukrayna Rusiya

Xəbər Lenti