İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib

Tarix: 14 May 2026 06:21

İsrailin hakim koalisiyası parlamentin hazırkı çağırışının buraxılması ilə bağlı qanun layihəsi təqdim edib.

APA xəbər verir ki, bu barədə İsrailin Kan dövlət televiziyası məlumat yayıb.

Qanun layihəsi 13 mayda Baş nazir Benyamin Netanyahunun Likud partiyasından olan parlament üzvü, koalisiya sədri Ofir Katz tərəfindən təqdim edilib.

Layihənin bütün koalisiya fraksiyalarının rəhbərləri tərəfindən dəstəkləndiyi bildirilir.

Növbədənkənar parlament seçkilərinin tarixinin Knesset İşləri Komitəsində müzakirələr yolu ilə müəyyən ediləcəyi gözlənilir.

İsrail parlament Netanyahu Likud

Xəbər Lenti