Cümə axşamı, 14 May, 2026
Tarix: 14 May 2026 07:02
Böyük Britaniya hökuməti Ukraynaya göndərilən AS-90 haubitsalarını əvəz etmək üçün 72 yeni RCH 155 özüyeriyən haubitsaların alınması üçün təxminən 1 milyard funt sterlinq (1,4 milyard dollar) ayırıb.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat verib.
Haubitsaların istehsalı üçün müqavilə Almaniyanın silah istehsalçısı Rheinmetall və KNDS-in Böyük Britaniyadakı törəmə müəssisəsi arasında birgə müəssisə olan “Artec” şirkətinə verilib.
Layihədə Rheinmetall və KNDS-in müvafiq olaraq Telford və Stokportdakı zavodları iştirak edəcək.
Məsafədən idarə olunan haubitsaların Britaniya ordusuna ilk tədarükünün 2028-ci ildə olması gözlənilir.
Britaniya Ukrayna silah