Rusiyanın Kiyevə hücumu nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb - YENİLƏNİB

Tarix: 14 May 2026 14:42

Rusiyanın gecə hücumu nəticəsində Kiyevdə beş nəfərin öldüyü məlumdur.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyevdə 40-a yaxın insan yaralanıb.

“Hazırda Kiyevin Darnitski rayonunda axtarış-xilasetmə əməliyyatı davam edir, 10-dan çox insan itkin düşmüş sayılır”, - Zelenski yazıb.

Zelenski bildirib ki, bütün bu hücumlara ədalətli cavab veriləcək. O, bütün dünyanı Moskvaya təzyiq göstərməyə və Ukraynanın tərəfində dayanmağa çağırıb.

***

08:33

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, hazırda hücum nəticəsində 16 nəfərin yaralandığı məlumdur.

Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Darnitski rayonunda çoxmərtəbəli bina uçub.

Xilasedicilərin yaralıların tapılması üçün axtarış-xilasetmə işləri gördüyü bildirilir.

Ukrayna Kiyev Rusiya

Xəbər Lenti