Şoyqu: Qərb Rusiya və bir sıra digər dövlətlərin 590 milyard dollarlıq aktivini dondurub

Tarix: 14 May 2026 14:26

Qərb ölkələri Rusiyaya və bir sıra digər regionlara məxsus təxminən 590 milyard dollarlıq aktivləri dondurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin Təhlükəsizlik Şurası katiblərinin iclasında deyib.

Onun sözlərinə görə, bu vəsaitlər Rusiya, Kuba, Venesuela, İraq, İran, Şimali Koreya, Liviya və Əfqanıstana məxsusdur.

RF Təhlükəsizlik Şurasının katibi Ukrayna müharibəsinin gedişi barədə də məlumat verib. Bildirilib ki, ilin əvvəlindən bəri Rusiya qüvvələri 1800 kvadrat kilometrdən çox ərazini və 80-dən çox yaşayış məntəqəsini nəzarətə götürüb.

O, Luqansk vilayətinin tam ələ keçirildiyini, Donetsk vilayətini ərazisinin təxminən 15%-nin hələ də Ukraynanın nəzarəti altında olduğunu söyləyib.

Fərid Əkbərov Rusiya Təhlükəsizlik Şurası Sergey Şoyqu

Xəbər Lenti