Cümə axşamı, 14 May, 2026
Tarix: 14 May 2026 21:39
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin sədri Si Cinpin İran ətrafındakı vəziyyətlə bağlı razılaşmanın əldə olunmasını istəyir və münaqişənin həllinə yardım təklif edib.
Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Si Cinpin razılaşmanın əldə olunmasını istəyir. O, həqiqətən də razılaşma olmasını istəyir. Hətta kömək təklif etdi”, – deyə Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Çin lideri Hörmüz boğazının açıq qalmasının tərəfdarıdır.
ABŞ Çin İran SiCinpin DonaldTramp