Ədalət Həsənov: Xocalıda bu gün dəfn edilən 7 nəfərə ölümlərindən əvvəl ağır işgəncələr verilib

Tarix: 31.03.2024 14:25

Xocalı şəhərinin mərkəzində, keçmiş Xalça fabrikinin yaxınlığında aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin 7-si də ölümündən əvvəl ağır işgəncələrə məruz qalıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Ədalət Həsənov qeyd edib ki, aparılan tibbi müayinələr zamanı onların üzərində zorakılıq əlamətləri olub: “Bu gün dəfn edilən 7 nəfərin hamısında küt alətlərlə xəsarət izləri vardı. Hətta küt alətlərdən başqa 2 nəfərdə güllə yarası da aşkarlandı”.

Qeyd edək ki, hazırda ərazidə qazıntı işləri davam etdirilir.

Xəbər Lenti