İranda 6500-dən çox insan xəyanət və casusluqda ittiham olunur

Tarix: 18 May 2026 03:37

ABŞ və İsrailin İrana hücumlarının başladığı 28 fevraldan bəri ölkədə 6500-dən çox insan xəyanət və casusluqda ittiham olunaraq saxlanılıb.

İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə bu barədə İranın Təhlükəsizlik Baş İdarəsinin direktoru Əhməd Rza Radanın açıqlamasında deyilir.

İran rəsmisi saxlanılanlardan 567-sinin İran əleyhinə inqilabi qruplarla əlaqəli olduğunu deyib.

Radan həmçinin bildirib ki, 2025-ci ilin dekabr ayında başlayan etirazlarla bağlı həbslər davam edir.

İran casus xəyanət

Xəbər Lenti