Konqoda Ebola epidemiyası nəticəsində 80-dən çox insan ölüb

Tarix: 18 May 2026 06:16

Konqo Demokratik Respublikasının şimal-şərqindəki İturi əyalətində Ebola virusunun yayılması nəticəsində 80-dən çox insan ölüb.

APA xəbər verir ki, bu barədə Okapi radiosu yerli mənbələrə istinadən məlumat verib.

"İturi əyalətindəki Bunia və Monqvalu arasındakı ərazidə Ebola virusu barədə məlumatsızlıq səbəbilə artıq 80-dən çox insan ölüb", - məlumatda deyilir.

Ölüm hallarının bölgəyə gələn bir çox sakinin və qonaqların təhlükəsizlik tədbirlərinə əməl etməməsindən, maskalara və dezinfeksiyaedici vasitələrə laqeyd yanaşmasından qaynaqlandığı bildirilir.

Konqo Ebola

Xəbər Lenti