Bazar ertəsi, 25 May, 2026
Tarix: 19 May 2026 21:41
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyaya səfər edib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, İbrahim Kalın Dəməşqdə Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə görüş keçirib.
Görüş zamanı regionda baş verən son hadisələr, təhlükəsizlik məsələləri, eləcə də Türkiyə ilə Suriya arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi müzakirə olunub.
Dəryanur Cəfərova Türkiyə Suriya İbrahimKalın ƏhmədəşŞaraa Dəməşq
Mənbə: apa.az