Polşa MN: ABŞ Avropada qoşunların yerləşdirilməsi ilə bağlı yeni plan hazırlayır

Polşa MN: ABŞ Avropada qoşunların yerləşdirilməsi ilə bağlı yeni plan hazırlayır

Tarix: 19 May 2026 20:57

ABŞ Polşadakı hərbi kontingentini azaltmağı planlaşdırmır və Pentaqon Avropada Amerika qoşunlarının yerləşdirilməsi ilə bağlı yeni plan üzərində işləyir.

APA xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ-ın müdafiə naziri Pit Heqsetlə telefon danışığından sonra açıqlama verib.

Nazir bildirib ki, ABŞ-ın Polşa və regionun təhlükəsizliyinə sadiqliyi dəyişməz olaraq qalır.

“Hazırda Avropada ABŞ quru qoşunlarının yenidən qruplaşdırılması prosesi gedir. Lakin Polşadakı Amerika hərbçilərinin sayının azaldılması ilə bağlı heç bir qərar qəbul edilməyib”, - deyə o vurğulayıb.

Kosinyak-Kamış əlavə edib ki, Pentaqon hazırda Avropa üzrə yeni hərbi yerləşdirmə planı hazırlayır.

ABŞ Polşa Pentaqon NATO Avropa PitHeqset

Mənbə: apa.az

Xəbər Lenti