Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırılıb, ona etiraz notası təqdim edilib

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırılıb, ona etiraz notası təqdim edilib

Tarix: 20 May 2026 00:08

Latviya Xarici İşlər Nazirliyi, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) Ukrayna PUA sistemləri heyətinin respublikaya gəlişi ilə bağlı açıqlamasından sonra Rusiyanın müvəqqəti işlər vəkili Dmitri Kasatkini çağırıb və ona etiraz notası təqdim edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya kəşfiyyatı yalan məlumat yayıb və bu məlumatlar Latviya tərəfinin təkzib etdiyi əvvəlki ittihamlara əsaslanır.

Latviya Xarici İşlər Nazirliyi həmçinin öz ərazisindən Ukraynanın xeyrinə istifadəyə razılıq vermədiyini də bildirib.

Qeyd edək ki, bu gün Rusiya SVR Ukraynanın Latviya ərazisindən Rusiyaya zərbə endirməyə hazırlaşdığı barədə məlumat yayıb. Məlumatda Riqanın Kiyevə Rusiya ərazisinə zərbə endirməyə icazə verdiyi və artıq Ukrayna qüvvələrinin Latviya ərazisində olduğu bildirilib.

Fərid Əkbərov Latviya Rusiya XİN

Mənbə: apa.az

Xəbər Lenti