Çərşənbə, 20 May, 2026
Tarix: 20 May 2026 00:54
İsrail ordusu Livanın cənubunda gedən döyüşlərdə daha bir hərbçisini itirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, öldürülən şəxs 551-ci Xüsusi Təyinatlı Briqadanın batalyonunda bölük komandirinin müavini vəzifəsində çalışan ehtiyatda olan zabit 27 yaşlı mayor İtamar Sapir olub.
Onun ölüm səbəbi ilə bağlı dəqiq məlumat verilməyib.
“The Times of Israel” qəzetinin məlumatına görə, bu, Livanın cənubunda öldürülən səkkizinci İsrail hərbçisidir.
İsrail Livan hərbçiMənbə: apa.az