- , 29 Dekabr, 2024
Tarix: 02.04.2024 12:09
Növbəti dövr üçün ən əsas məsələ müharibə əlilləri və veteranlarının məşğulluğudur.
APA xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, özünüməşğulluq proqramlarında müharibə əlilləri və veteranları üçün kvotalar ayrılıb.
Nazir deyib ki, özünüməşğulluq proqramının əsas məqsədi, həm də həssas təbəqədən olan insanların öz bizneslərini qurmasına dəstək olmaqdır:
"Növbəti dövrdə də özünüməşğulluq proqramımız genişləndirilərək davam etdiriləcək".