Nazir: Əlillik almış şəxslər kateqoriya üzrə müalicə dövrünü keçməlidirlər

Tarix: 02.04.2024 13:09

Əzasını itirmiş şəxsə əlillik ömürlük təyin olunur.

APA xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, əlillik eyni zamanda, xəstəliklərə görə də təyin edilir:

“Tibbi cəhətdən müalicə oluna bilən xəstəliklərə görə, əlillik müəyyən müddətli olur. Bəzi xəstəliklər ilk 3-5-7 ildə müalicə oluna bilirlər və bu müddət bitdikcə vətəndaşlar müraciət etməlidirlər. Eyni zamanda, müalicənin stasionar dövrü olur. Bəzən vətəndaşlar düşünürlər ki, əlillik təyin edildikdən sonra müalicəyə davam etməyə ehtiyac yoxdur. Bu zaman əlillik üçün müraciət etdiklərində onlara təkrar müalicə yazılır. Buna görə də əlillik almış şəxslər əlillik kateqoriyası üzrə müalicə dövrünü keçməlidirlər”.

Nazir bildirib ki, əlilliyin təyin edilməsi elektron qaydada aparılır:

“Əgər vətəndaşa imtina qərarı verildikdən sonra onda sual yaranarsa, birbaşa Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək əyani qiymətləndirmədən keçə bilər”.

“Saxta yollarla əlillik alanların əksəriyyəti sistemdən uzaqlaşdırılıb. Bu gün haqqı çatan şəxslərin əlillik almasında ciddi bir problem görülmür”, - deyə nazir qeyd edib.

Xəbər Lenti