Cümə axşamı, 21 May, 2026
Tarix: 20 May 2026 21:13
Rusiya Avro-Atlantik təhlükəsizliyi üçün hələ də ən böyük təhdid olaraq qalmaqdadır. APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte bildirib. Rütte Rusiyanın NATO üzvü olan dövlətlərin təhlükəsizliyini zəiflətməyə yönəlmiş fəaliyyətlərini davam etdirdiyini və bu cəhdlərin getdikcə artdığını iddia edib.
Baş katib qeyd edib ki, hazırda alyans ölkələri üçün əsas məsələ artıq üzərlərinə götürdükləri öhdəliklərin nə dərəcədə sürətlə həyata keçiriləcəyidir.
NATO MarkRütte Rusiya
Mənbə: apa.az