Cümə axşamı, 21 May, 2026
Tarix: 21 May 2026 04:36
Kuba Prezidenti Migel Dias-Kanel ABŞ hökumətinin Kuba inqilabının liderlərindən biri Raul Kastroya qarşı irəli sürdüyü ittihamların hüquqi əsasının olmadığını bildirib.
APA-nın məlumatına görə, o, "X" hesabında yazıb ki, bu addım Vaşinqtonun Kubaya qarşı mümkün hərbi aqressiyasını əsaslandırmaq məqsədi daşıyır.
Dias-Kanelin sözlərinə görə, ABŞ tərəfindən irəli sürülən ittihamlar tamamilə siyasi xarakter daşıyır və heç bir hüquqi baza üzərində qurulmayıb. O əlavə edib ki, Raul Kastro Kuba xalqının sevgisini və beynəlxalq aləmdə böyük hörmət qazanmış şəxsdir.
Kuba lideri həmçinin 1996-cı ildə “Brothers to the Rescue” təşkilatına aid təyyarələrlə bağlı hadisələrin Vaşinqton tərəfindən təhrif edildiyini iddia edib.
Kuba RaulKastro ABŞ MigelDiasKanel Vaşinqton
Mənbə: apa.az