Türkiyədə sel nəticəsində uçan evdə 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyədə sel nəticəsində uçan evdə 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Tarix: 21 May 2026 11:16

Türkiyənin Hatay vilayətində sel nəticəsində bir ev çöküb.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralı olaraq xilas edilib.

Sel nəticəsində xeyli sayda avtomobilə zərər dəyib, rayonlararası körpü uçub. Evlərində köməksiz qalan vətəndaşların xilas edilməsi üçün işlər davam etdirilir.

Qeyd edək ki, Türkiyədə xüsusilə Marmara, Şərqi Qara dəniz, Mərkəzi Anadolu və Cənub-Şərqi Anadolu bölgələrinin bəzi ərazilərində güclü yağış gözlənilir. 4 vilayət üzrə meteoroloji xəbərdarlıq edilib. Vətəndaşlara qəfil sel, su basqını və ildırım təhlükəsinə qarşı ehtiyatlı olmaları tövsiyə olunub.

Dəryanur Cəfərova Hatay sel daşqın

Mənbə: apa.az

Xəbər Lenti