Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, Kamal Kılıçdaroğlu CHP sədri postuna bərpa edilib

Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, Kamal Kılıçdaroğlu CHP sədri postuna bərpa edilib

Tarix: 21 May 2026 19:01

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

NTV xəbər verir ki, bununla bağlı Ankara Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

Bu qərardan sonra CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası keçirir.

Özgür Özel Kamal Kılıçdaroğlu CHP

Mənbə: apa.az

Xəbər Lenti