Cümə, 22 May, 2026
Tarix: 22 May 2026 18:05
Pakistan ordusunun komandanı feldmarşal Asim Munir ABŞ və İran arasındakı razılaşmanı möhkəmləndirmək üçün Tehrana gedir.
Bu barədə “Axios” mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Asim Munir ABŞ-la İranın müharibəni bitirəcəyi və daha geniş bir həll üçün danışıqlara başlayacağı bir razılaşma əldə etməyə çalışacaq.
Qeyd edək ki, Munir müharibə başlayandan bəri ABŞ və İran arasında əsas vasitəçi olub.
Mənbə: apa.az