Təhlükəsizlik Şurası katibinin müavininə hava limanlarında VİP-dən istifadə hüququ verilib

Tarix: 03 Apr 2024 12:12

Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısında dəyişiklik edilib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu siyahıya Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini daxil edilib.

Xəbər Lenti