Əraqçi Pakistan ordusunun komandanı ilə ABŞ-la danışıqları müzakirə edib

Əraqçi Pakistan ordusunun komandanı ilə ABŞ-la danışıqları müzakirə edib

Tarix: 23 May 2026 11:39

İran xarici işlər naziri Abbas Əraqçi Tehranda ABŞ-la danışıqlarda vasitəçi olan Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüş Tehran və Vaşinqton arasında ilkin razılaşma çərçivəsinin əldə olunmasına dair ehtimallar fonunda baş tutub.

Görüşdə tərəflər gərginliyin artmasının qarşısını almaq, İrana qarşı müharibəyə son qoymaq, eləcə də Qərbi Asiyada sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi yollarını müzakirə ediblər.

Eyni zamanda, Abbas Əraqçi bu səylər çərçivəsində bu gün Türkiyə, Qətər və İraqın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

Haşim Rahimi Pakistan ordusunun komandanı Asim Munir İran xarici işlər naziri Abbas Əraqçi

Mənbə: apa.az

Xəbər Lenti