Şənbə, 18 İyul, 2026
Tarix: 23 May 2026 11:56
İsrail Müdafiə Qüvvələri (IDF) gecə saatlarında Livanın Bəqaa bölgəsində “Hizbullah”a məxsus yeraltı silah istehsalı obyektinə zərbə endirib.
APA xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
Məlumata görə, Tire şəhəri ətrafındakı digər “Hizbullah” obyektlərinə də zərbələr endirilib.
IDF qeyd edir ki, mülki şəxslərə zərərin minimuma endirilməsi məqsədilə hücumlardan əvvəl təxliyə xəbərdarlıqları edilib.
Bundan əlavə, əməliyyat zamanı yüksək dəqiqliyə malik sursatlardan və müşahidə vasitələrindən istifadə olunub.
Toğrul Quluzadə İsrail Müdafiə Qüvvələri IDF Livan Hizbullah silah istehsalıMənbə: apa.az