İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik

İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik

Tarix: 23 May 2026 19:25

Bu mərhələdə diqqətimiz müharibənin başa çatdırılmasına yönəlib.

APA-nın Tehranın müxbirinin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran dövlət televiziyasına müsahibəsində “Razılaşma yaxındırmı?” sualına cavab olaraq bildirib ki, “nə çox uzaqdır, nə də çox yaxındır".

Bəqai vurğulayıb ki, hazırda bu memorandumun yekunlaşdırılması mərhələsindədirlər.

"Bu mərhələdə müzakirə olunan məsələlər ümumi olaraq müharibənin başa çatmasına yönəlib. ABŞ-ın dənizdəki hücumlarının dayandırılması, onların özlərinin ‘dəniz mühasirəsi’ adlandırdığı məsələnin sona çatması, eləcə də İranın bloklanmış vəsaitlərinin azad edilməsi bu memorandumda əks olunan əsas mövzulardandır”, - Bəqai qeyd edib.

Haşim Rahimi İran XİN Anlaşma memorandumu

Mənbə: apa.az

Xəbər Lenti