KİV: İran uranın 3,6%-dən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif edib

KİV: İran uranın 3,6%-dən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif edib

Tarix: 23 May 2026 20:41

ABŞ ilə danışıqlar zamanı İran uranın 3,6%-dən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif edib.

Bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, ABŞ ilə imzalana biləcək memorandum layihəsində İran nüvə silahı hazırlamamaq öhdəliyini təsdiqləyib.

Bunun müqabilində Tehran Vaşinqtondan nüvə məsələsi ilə bağlı əlavə danışıqlardan əvvəl sanksiyaları tamamilə ləğv etməyi və aktivlərdən istifadəsinə icazə verməyi tələb edib.

İran Uran ABŞ

Mənbə: apa.az

Xəbər Lenti